1 C
Baku
Saturday, December 14, 2024

“Expressbank” 2024-cü ilin I rüb maliyyə hesabatını açıqladı

Expressbank ASC cari ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bank 3 mln. 396 min manat xalis mənfəət əldə edib. Əməliyyat mənfəəti isə 5 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində bankın aktivləri 531 mln. 813 min manat olub. Kredit portfelinin həcmi 417 mln. 763 min manat, depozit portfeli isə 209 mln. 432 manatdır.

Qeyd edək ki, Expressbank ASC beynəlxalq reytinq agentliyi “Fitch Ratings” tərəfindən “B” səviyyəli “pozitiv” proqnozu ilə təsdiqlənib.

Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər