“Expressbank” ASC-nin İdarə Heyəti sədrinə iki müavin təyin edilib.
Banker.az bu barədə bankdan bildirilib.
Mehriban Ocaqquliyeva İdаrə Heyəti sədrinin müаvini, Baş risk inzibatçısı və Teymur Ağakişiyev İdаrə Heyəti sədrinin müаvini, Baş maliyyə inzibatçısı vəzifələrinə təyin ediliblər.
Məlumat üçün qeyd edək ki, yeni təyinat almış hər iki müavin, “Expressbank” ASC-də karyeralarına 2009-cu ildən başlayıblar. 2019-cu ildən Mehriban Ocaqquliyeva Pərakəndə Satış və Biznesin İnkişafı üzrə Baş inzibatçı və İdarə Heyətinin üzvü, Teymur Ağakişiyev isə Baş əməliyyat inzibatçısı və İdarə Heyətinin üzvü vəzifələrində çalışıblar.