10 C
Baku
Thursday, December 12, 2024

“Exxon” 13 ildə ilk dəfə dividendləri dondurdu

“Exxon Mobil” şirkəti neft qiymətlərinin düşməsi səbəbindən maddi vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar olaraq 13 il ərzində ilk dəfə dividendləri dondurur.

Banker.az xəbər verir ki, iyun ayında ABŞ-ın neft və qaz nəhəngi səhmdarlara bir səhm üçün cəmi 87 sent ödəyəcək ki, bu da mart ayındakı göstəricilərə bərabərdir. Qeyd edək ki, 2007-ci ildən bəri “Exxon” davamlı olaraq ödəmələri artırırdı.

“Bloomberg” in verdiyi məlumata görə, Qərb yarımkürəsindəki ən böyük neft şirkəti iddialı investisiya proqramını məhdudlaşdırmaq məcburiyyətində qalıb. Xüsusilə, şirkətin şist qazının istehsalına qoyulan investiisyaların azaldılması barədə qərar qəbul etməsini və 2020-ci il üçün kapital büdcəsini 10 milyard dollar azaltmasını qeyd etmək lazımdır.

Buna baxmayaraq, analitiklər “Exxon” nun ödənişlərin artırılması ənənəsini qoruya biləcəyini güman edirlər. 2020-ci ilin sonuna qədər rüblük ödənişlər hazırkı səviyyədə qalsa belə, nəticələrə görə hər səhm üçün dividend 3,48 dollar və ya 2019-cu il ilə müqayisədə 1,5% yüksək olacaq. İllik olaraq dividendlər neft və qaz nəhənginə 15 milyard dollara başa gələcəkdir.

Xatırladaq ki, bu günə qədər “Exxon Mobile” S&P 500-də “Microsoft” və AT&T-dən sonra üçüncü ən böyük dividend ödəyicisi olmuşdur.

Son xəbərlər
Digər xəbərlər