2 C
Baku
Saturday, December 14, 2024

Fələstin BMT Təhlükəsizlik Şurasını İsrailin yeni hökuməti ilə fərqli davranmağa çağırıb

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur BMT Təhlükəsizlik Şurasını Fələstin xalqını qorumaq üçün İsrailin yeni hökuməti ilə fərqli şəkildə davranmağa çağırıb.

O, İsrailin yeni hökumətini “faşist” adlandırıb.

R.Mansur BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə açıqlamasında deyib ki, bazar ertəsi günündən keçmiş baş nazir Binyamin Netanyahunun rəhbərlik edəcəyi gözlənilən yeni İsrail hökumətinin Fələstin xalqına qarşı hücumları artacaq:

“Biz çox təhlükəli vəziyyətdəyik və pisdən daha da pisə doğru gedəcəyik. İsrail tərəfində kabinet postlarını tutanların hamısı faşistlər olacaq”.

R. Mansur Netanyahu hökuməti ilə hələlik heç bir müzakirə aparılmadığını bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər