Təbiət adamları yüksək və ya aşağı mənşəli olduqlarına görə fərqləndirmir. Belə ki, özünü yüksək zümrəyə mənsub hesab edən şəxs heç vaxt digərlərindən yuxarıda durmur.Hamıdan aşağı olduğunu deyən isə yanılmanın əsirliyindədir.Onu bu fikrə gəlməyə ağaları öyrədib.
- Məziyyət həmişə hörmət yaradır, lakin insan özü haqqında yüksək fikirdə olub lovğalananda onun məziyyəti ətraf aləm üçün əhəmiyyətini itrir.Biznes dünyasında sabun satmağınızdan, özünüzü dəyərli tərəfdaş və əməkdaş kimi göstərməyinizdən aslı olmayaraq , brendin böyük əhəmiyyəti var. Tanınmış sabun markaları adına görə deyil, özlərinin gözəl istehlak xüsusiyyətlərinə görə şöhrət qazanmışdır. İndi bükümdəki yazıhəmin sabunları yalnız ətraf aləmə təqdim edir.Siz də öz nailiyyətiniz oxşar qaydada nümayış etdirir, fərdi brendinizi formalaşdırırsınız. Bir sözlə, əvvəl siz ad üçün işləyirsiniz, sonra isə ad sizin üçün işləyəcək. Əgər özünüzə nifuz yaratmağa qadir deyilsinizsə, bunu başqaları edəcək. Belə bir nüfuzun yaxşı olacağını heç kəs bilmir.
- Unutmaq olmaz ki, rəhbərin mühüm fərqləndirici əlamətlərindən biri də təcrübə sayılır. Bu ən müdrik müəllimdir. Sizə layihənin fəaliyyət proqramının və planının qiymətləndirilməsi üçün meyarlar lazım olanda cəsarətlə, tərəddüd etmədən öz təcrübənizə müraciət edin. Lakin , onu doğrudan –doğruya, obyektiv təhlil etmək lazımdır. Toplanmış təcrübədən möhkəm qayda əməli üsul, prinsip və siyasət yaratmaq üçün özül kimi istifadə edin. Lakin sayıq olun “ təcrübə” sözündən ağına bozuna baxmadan istifadə edilməsi onun bütün dəyərinin israf olunmasına gətirib çıxara bilər. Rəhbər kimi təcrübənizin mübahisələrin həllində əlverışli alət kimi vasitə olması təəssüratını yaratmayın.
Alan Axelerod