12 C
Baku
Wednesday, December 11, 2024

Facebook şirkəti süni zəka çipləri hazırlayır

 Facebook şirkəti özünün süni zəka çiplərinin hazırlanması ilə məşğul olur. Bu barədə şirkətin süni zəka üzrə laboratoriyasının rəhbəri Yann LeCun bildirib. Onun sözlərinə əsasən tam süni zəkanın çalışması üçün hal hazırda olan cihazlardan qat-qat güclüləri lazımdır. Məlumata əsasən, Facebook şirkətinin əsas məqsədi adi insanın müxtəlif mövzular barəsində söhbət edə biləcəyi ağıllı köməkçinin yaradılmasıdır

    Bundan əlavə olaraq şirkət istifadəçilər tərəfindən sosial şəbəkəyə yüklənən kontentlərin monitorinqi üçün də süni zəka texnologiyasından istifadə etmək istəyir. Belə üsulla şirkət real zaman ərzində qadağan olunmuş kontentlərin yayılmasının qarşısını almaq istəyir. Keçən ilin payız fəslində Yann LeCun bildirmişdi ki, şirkət yaxın 2 il ərzində süni zəka texnologiyasının araşdırması üzrə fəaliyyət göstərən şöbəni 400 nəfərə kimi genişləndirəcək. Bu ilin yanvar ayında baş tutmuş CES 2019 sərgisində isə şirkət rəsmi olaraq Intel şirkəti ilə əməkdaşlığı elan etmişdi.

MənbəTechnote
Son xəbərlər
Digər xəbərlər