16 C
Baku
Wednesday, May 15, 2024

“Facebook” tətbiqdaxili mesajlaşmanı geri qaytaracaq

“Facebook” sosial şəbəkəsi yeni funksiyanı sınaqdan keçirir. Onun sayəsində istifadəçilər proqramdan çıxmadan yazışmaq imkanı əldə edəcəklər. Bu barədə şirkətin bloqunda sosial şəbəkənin rəhbəri Tom Alison bildirib.

2014-cü ildə “Facebook” tətbiqdən mesaj yazmaq funksiyasını çıxararaq, ayrıca “Messenger” xidmətini yaradıb. Onda Mark Zukerberq bunu istifadəçilərə daha yaxşı təcrübə təqdim etmək istəyi ilə əlaqələndirib.

 Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Hazırda “Facebook”un yeni funksiyanı nə vaxt istifadəyə verəcəyi bəlli deyil. Şirkət gündə 2 milyarddan çox insanın onlardan istifadə etdiyini açıqlayıb. Bu, “Facebook” üçün rekorddur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər