2 C
Baku
Saturday, December 14, 2024

“Facebook”un auditoriyası 2 milyardı ötüb

“Facebook” sosial şəbəkəsindən daimi istifadə edənlərin sayı 2 milyardı ötüb. Bu haqda öz səhifəsində “Facebook” şirkətinin qurucusu və direktoru Mark Zukerberq məlumat verib.

“Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı rəsmən 2 milyardı ötüb. Biz inkişaf edirik və gəlin dünyanı birgə daha yaxın edək” – Zukerberq 27 iyunda öz səhifəsində yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, qiymətləndirmə zamanı aktiv istifadəçilər nəzərə alınıb.

Şirkətin məlumatına görə, 2017-ci ilin birinci rübündə “Facebook”un aylıq auditoriyası 1,94 milyard nəfər (ötən il 1,65 milyard idi) təşkil edib. Bu dövrdə xidmətin bir günlük aktiv auditoriyası 18% yüksələrək 1,28 milyarda bərabər olub.

Bundan başqa, hər ay orta hesabla 800 milyondan çox nəfər “layk” edir, 1 milyarddan çox nəfər isə “Facebook”da qruplardan istifadə edir.

Son xəbərlər
Digər xəbərlər