17 C
Baku
Sunday, May 12, 2024

“Facebook”un səhmləri birjada 22 faizdən çox dəyər itirib

ABŞ-ın “Meta” şirkətinin (əvvəlki FaceBook) Nyu-York Fond Birjasındakı kotirovkaları çərşənbə günü hərrac bitdikdən sonra 22% ucuzlaşıb.

Azalma zəif artım proqnozları və aşağı xalis gəlirin yer aldığı rüblük hesabatların dərcindən sonra baş verib.

Ticarət platformasının məlumatına görə, hərrac sessiyasının bitməsindən bir saat yarım sonra şirkətin NASDAQ elektron birjasında kotirovkaları 22,35% ucuzlaşıb.

Gəlirdə 20 % artıma baxmayaraq, 2021-ci ilin dördüncü rübündə xalis gəlir şirkətin hələ də “Facebook” adını daşıdığı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8 % azalıb. Bundan əlavə, şirkət investorlara xəbərdarlıq edib ki, “Meta”nın birinci rübdə artımına digər sosial şəbəkələrdən yeni aktiv istifadəçilər uğrunda güclü rəqabət də təsir göstərəcək. Şirkət növbəti rübdə gəlir artımının 3 %-dən 11 %-ə qədər olacağını proqnozlaşdırır. “Meta” həmçinin bu il əhəmiyyətli dərəcədə daha çox xərcləyəcəyini, yəni bir il əvvəlki 71,17 milyard dollardan 95 milyard dollara çatdıracağını gözləyir.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər