Nə qədər qəribə səslənsə də, faizsiz kredit götürmək mümkündür. Expressbank-ın güzəşt müddətli Expresso kartı bu imkanı yaradır.
Expresso kartın kredit xətti ilə müştərilər 35 günədək güzəşt xidmətindən yararlana bilərlər. İstifadə edilən məbləğə növbəti ayın 5-dək faiz hesablanmır. Expresso kartının istifadə müddəti 48 ay təşkil edir və kart üzrə kredit xətti illik 28% dərəcəsi ilə rəsmiləşdirilir. Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə edilə bilər.
Bundan əlavə Expresso “cash back”, yığım imkanı, əlavə qazanc, sərbəst dizayn seçimi olan təmassız kartdır. Üstəlik kart hesabını istənilən vaxt Şəxsi kabinet və ya ExpressPay ödəniş terminalları vasitəsi ilə artırmaq mümkündür. SMS-Banking xidməti isə tam pulsuzdur.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.