19 C
Baku
Sunday, May 19, 2024

“Falcon Finance” BOKT illik 14% dərəcəsi ilə milyon manata yaxın borc cəlb edir

BOKT “Falcon Finance” MMC 700 min manat həcmində borc cəlb etməyi planlayır.

Bu barədə Banker.az BOKT-un emissiya prospektinə istinadən xəbər verir.

Məlumata görə, BOKT hər biri 1000 manat nominal dəyərdə olan 700 ədəd manatda istiqraz buraxacaq.

İstiqrazların illik gəlirliliyi 14% təşkil edəcək.

Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. BOKT-un nizamnamə kapitalında hər biri 50% olmaqla Vüsal Tağıyev və Brilyant Salmanova arasında bölüşdürülür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər