7 C
Baku
Sunday, December 15, 2024

“Fanta” loqosunu dəyişib

“Fanta” brendə sərbəstlik və oynaqlıq bəxş etmək, bütün dünyada içkinin görünüşünü daha çox tanıtmaq və yetkin auditoriyaya müraciət etmək məqsədi daşıyan yeni dizaynını təqdim edib.

Yeni vizual konsepsiya “Coca-Cola”nın “Fanta” brendinin sahibi olan qlobal dizayn komandası tərəfindən “Jones Knowles Ritchie”, “Everything is Relative” və “Gretel” ilə əməkdaşlıqda hazırlanıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Coca-Cola”nın dizayn üzrə vitse-prezidenti Raf Abreunun sözlərinə görə, köhnə loqo “kifayət qədər sərbəst deyildi”.

Yaradıcılar brendin yeni şüarını istehlakçıya çatdırmaq üçün damcılardan istifadə ediblər. Onlar içkinin dadını simvollaşdırırlar. Yeni parlaq rəng palitrası isə sözügedən sərbəstliyi ifadə edir.

“Fanta”nın yarandığı ildən bəri loqo dəyişiklikləri:

6344

Son dəyişikliklər:

2023 04 05 161522391

Xatırladaq ki, “Fanta” loqosunu sonuncu dəfə 2017-ci ildə dəyişib. ABŞ-da isə hələ də daha köhnə – 2000-ci illərdə təqdim edilmiş loqodan istifadə olunur.

Son xəbərlər
Digər xəbərlər