10 C
Baku
Thursday, December 12, 2024

Fariz Cəfərov: “ASAN Viza” hesabına dövlət büdcəsinə dolayısı yolla 4,2 milyard manat daxil olub”

Bu günə qədər “ASAN Viza” xətti ilə 2,5 milyon elektron viza verilib və dövlət büdcəsinə dolayısı ilə 4,2 milyard manat vəsait daxil olub.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, “ASAN Viza” tərəfindən verilən elektron vizaların sayı Azərbaycanıda 20 ildə verilən vizaların sayından çoxdur.

F.Cəfərov qeyd edib ki, 2016-cı ilə qədər Azərbaycanda elektron viza almaq üçün turist 18 addımdan keçməli idi:

“Biz bunu 3 addımla edirik”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli Fərmanına əsasən yaradılan “ASAN Viza” sisteminin idarə edilməsi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir.

“ASAN Viza” www.evisa.gov.az elektron viza portalı vasitəsilə və Azərbaycan Respublikasında Beynəlxalq Hava Limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər