7 C
Baku
Thursday, December 12, 2024

Fatih Birol: “Rusiya enerji sahəsində strateji tərəfdaşlarını itirib”

Rusiya “enerji müharibəsində” qalib gəlmir və strateji enerji tərəfdaşlarını itirib.

Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol Norveçin Stavanger şəhərində keçirilən ONS 2022 Beynəlxalq Enerji Konfransında deyib.

“Rusiya enerji sahəsində strateji tərəfdaşlarını itirib. Moskva dünyada müştərilər arasında ona olan inamı itirib. Rusiya enerji döyüşündə qalib gəlmir” – deyə, Fatih Birol qeyd edib.

O, həmçinin Rusiyanın 2030-cu ilə qədər 30 mlrd. kubmetrlik mayeləşdirilmiş təbii qaz (LNG) güclərinin işə salmasının artıq mümkün olmadığını vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər