7 C
Baku
Tuesday, March 5, 2024

FED faizləri qaldırsa belə, dollar əsas rəqiblərinə qarşı ucuzlaşıb

Çərşənbə günü ABŞ Federal Ehtiyat Sisteminin uçot faiz dərəcələrini 0.25 faiz və ya 25 baza bəndi artırmasından sonra dollar 6 əsas rəqib səbətinə nisbətlə ölçülən indeksi düşüb.

Banker.az xəbər verir ki, inflyasiya səbəbindən hazırda ABŞ mərkəzi bankının son 16 ildə ən sərt faiz siyasətini ortaya qoymaqdadır.

Dünənki qərardan sonra “overnight” (gecəlik) kredit faiz dərəcəsi 5.25%-dən 5.50% aralığında gətirdi, requlyatorun bəyanatı isə başqa bir artım üçün “qapını açıq” saxlayır.

ABŞ dollarının indeksi ötən gün verilən qərardan sonra 100.44 səviyyəsinə qədər eniş yaşasa da, sonradan mövqeyini bir qədər bərpa edib, 100.65 səviyyəsinə qayıda bildi.

Analitiklər, Federal Açıq Bazar Komitəsi, FOMC-nin iclasının gözlənildiyi kimi olduğunu, sədr Cerom Pauelin irəliləyiş dərəcələri ilə bağlı orta mövqe tutdu.

Onun bu ehtiyatlı çıxışından sonra fond indekslərində əhval-ruhiyy yüksəldi, dolları əsas rəqiblərinə qarşı isə bir qədər ucuzlaşdırdı.

Ən populyar valyuta cütlüyü EUR/USD ötən gün 1.1055 səviyyəsindən 1.1100 səviyyəsinə qədər yüksəldi və bu gün isə bir qədər də yüksələrək 1.1120 səviyyəsinə qədər artıb.

USD/JPY cütlüyü hazırda birjalarda 140 səviyyəsindən aşağıda ticarət edilir.

Cümə axşamı, yəni bu gün Avropa Mərkəzi Bankının oxşar artımı təqdim edəcəyi gözlənilir, lakin iqtisadi yavaşlama ilə bağlı bəzi indikatorlar ilin sonuna qədər başqa bir artımın şansını şübhə altına alır. Məsələn, Almaniyada inam indeksi, iqtisadi artım tempinin düşməsi və s.

ECB uçot faiz dərəcəsini 4.00%-dən 4.25%-ə qədər artıracaq.

Son xəbərlər
Digər xəbərlər