2 C
Baku
Saturday, December 14, 2024

FED-in faiz qərarı ardı birjalarda neftin qiyməti düşür

FED-in uçot dərəcəsini azalma qərarından sonra maliyyə bazarlarında bir qədər çaşqınlıq yaradıb və bu eləcə də enerji bazarına da təsirsiz ötüşmür. Brent markalı neftin dəyəri səhər saatlarında hətta 61 dollara qədər ucuzlaşıb, bu da son iki gündə 4 dollar dəyər itirməsi deməkdir.

Lakin, son saatlarda bir qədər qiymətdəki dinamika bir qədər “sakitləşib”.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9:02 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 1.12$ yəni, 2.08% ucuzlaşaraq 55.07$-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1.52$, yəni, 2.51% ucuzlaşaraq 62.02$-a təklif olunub.

Son xəbərlər
Digər xəbərlər