9 C
Baku
Friday, December 13, 2024

FED-in növbəti qərarına təsir edəcək göstərici açıqlanıb

Amerika Birləşmiş Ştatlarında mərkəzi bankının yaxından izlədiyi rəqəmlər açıqlandı və məlum oldu ki, ölkədə işsizlik səviyyəsi yüksəlməyə başlayıb. Bu da Federal Ehtiyat Sisteminin inflyasiyanı boğmaq üçün həyata keçirmək istədiyi göstəricilərdən biridir.

Banker.az xəbər verir ki, ABŞ-nin Əmək Statistikası Bürosunun açıqlamasına görə, ölkədə qeyri-kənd təsərrüfatında işləyənlərin sayı 2023-cü ilin may ayında 339 min nəfər artıb. Bu öncəki ayda 294 min nəfər idi. İqtisadçılar konsensus olaraq sorğularda 180 min nıfır artacağını proqnoz etmişdilər. Bu artımın yüksək olması FED-in növbəti ayda faiz artımı ilə bağlı qərarına dəstək kimi qiymətləndirlə bilər.

Lakin əsas göstəricilərdən biri də budur ki, əmək bazarında soyuma ilə bağlı siqnallar var. Məsələn, Əmək Statistika Bürosu bildirib ki, mayda işsizlik səviyyəsi 3.4%-dən 3.7%-ə yüksəlib. Bu iqtisadçıların proqnozu olan 3.5%-dən 0.2 faiz bəndi yüksəkdir.

ABŞ-də FED hazırda 40 ilin maksimumlarına çatmış inflyasiyanı boğmaq yolunda öncəki ilin əvvəlindən başlayaraq davam etdirir. Mübarizə dayanmayıb. Onun əsas məqsədlərindən biri də əmək bazarını soyutmaqdır ki, nəticədə insanlar xərcləməyə meyilliyini azaltsın. Bu da inflyasiyanın azaltmaq üçün əsas iqtisadi indikatordur. Beləliklə, əmək bazarında işsizlik artacağı halda ABŞ FED-i bunu nəzərində saxlamış olacaq. Artıq iqtisadçıların əksəriyyəti 2022-ci ilin əvvəlindən bu tərəfə ilk dəfə FED-in faiz artımına pauza verəcəyini düşünürlər. Baxmayaraq ki, FED rəsmlərinin son açıqlamaları növbəti iclaslarda faiz artırıb-artımayacağına toxunmayıblar.

FED 2022-ci ilin martında inflyasiya ilə mübarizə tədbiri olaraq faiz artımına 0.25%-dən start verib ilin cari ilin mayına uçot faiz dərəcəsini 5.25%-ə yüksəldib.

Hazırda avro/dollar cütlüyünün məzənnəsi 1.0743 səviyyəsindədir, sessiya ərzində 0.2% enişdir.

ABŞ dollarının əsas 6 valyuta səbəti qarşısında ölçülən indeksi 0.2% artaraq 103.69 bəndə yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər