23 C
Baku
Saturday, April 20, 2024

FED-in ötəngünkü siqnalından sonra dollar əksər valyutalara qarşı bahalaşır

Cari həftənin cümə axşamı səhər Asiyada dollar bahalaşaraq bir neçə həftənin maksimumunu yenilədi. ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauellin gözlənilən faiz artımlarına işarə etməsindən sonra etibarlı ehtiyatı limanı sayılan ABŞ valyutası bahalaşdırdı.

Bakı vaxtı ilə 08:50 radələrində, 6 əsas rəqib valyuta səbəti qarşısında müəyyən edilən ABŞ dollarının indeksi 0.255 bənd, yaxud 0.26% artımla 96.655 bəndə yüksəldi. Bu da 2021-ci ilin 17 dekabrından bu tərəfə qeydə alınmış maksimal göstəricidir.

ABŞ dolları (USD) yapon yeninə qarşı bahalaşaraq (USD/JPY) 114.68 səviyyəsinə çatıb.

EUR/USD (Avro) cütlüyü isə 0.14% enişlə 1.1221, GBP/USD (İngiltərə) isə 0.19% enişlə 1.3435 səviyyələrinə düşdü.

USD/CAD (Kanada) valyuta cütlüyü 0.32% artımla 1.2706, USD/CHF (İsveçrə) 0.06% artımla 0.9244 və USD/SEK (İsveç) 0.53% artımla 9.3363 səviyyəsinə çatdı.

USD/CNY (Çin yuanı) valyuta cütlüyü isə 0.41% artımla 6.3457, USD/TRY (Türkiyə lirəsi) 0.12% artımla 13.5912 səviyyəsinə və USD/RUB (Rus rublu) 1.22% artımla 79.6035 səviyyəsinə yüksəldi.

ABŞ-da hazırda 7 faizlik orta illik inflyasiya var ki, bu da 1982-ci ildən bu tərəfə müəyyən olunan maksimumdu. ABŞ FED-i isə faiz dərəcəsini artırmaqla inflyasiyanı cilovlamaq istəyir. Ötən günkü iclasda FED sədri mart ayında faiz artımına gedə biləcəyini işarə etdi. Birjalarda bu açıqlamalara reaksiya olaraq dolların bahalaşmasına səbəb oldu.

Lakin, FED əsas faiz dərəcəsini 0-0.25% həddində sabit saxlayıb. FED işarə edir ki, əməliyyat komitəsi uzunmüddətli perspektivdə məşğulluğu təmin etmək və inflyasiyanı 2% həddində saxlamağa çalışır. Buna görə də komitə federal fondlarda əsas faiz dərəcəsini 0-0.25% həddində saxlamağa qərar verib. İnflyasiyanın artması və əmək bazarının güclənməsi fonunda faiz dərəcəsinə yenidən baxıla bilər.

ABŞ dollarındakı bu bahalaşma fonunda 8 ilin zirvəzinə qalxan neft qiyməti 90 dollardan 87 dollara qədər barrelində eniş yaşadı.

Qızılın qiymətində hər unisyası üçün 3.88 dollar, yaxud 0.21% enişlə 1 815.54 səviyyəsinə düşdü.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər