7 C
Baku
Thursday, December 12, 2024

FED uçot dərəcəsini 0 – 0,25% səviyyəsində saxlayıb

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) baza uçot dərəcəsini gözləndiyi kimi 0-0,25% səviyyəsində saxlayıb. Bu barədə maliyyə tənzimləyicisinə istinadən TASS agentliyi məlumat verib.

“Komitə federal fondlar üzrə faiz dərəcəsini 0-0,25% səviyyəsində saxlamağa qərar verib və əmək bazarındakı vəziyyət sabitləşənə qədər bu aralığı qorumağı planlaşdırır”, – deyə tənzimləyicinin mesajında deyilir.

Faiz dərəcələrini cari səviyyədə saxlamaqla yanaşı, FED qarşısına xəzinə istiqrazlarını və qiymətli kağızları almağa davam etmək, “bazarın fasiləsiz işini təmin etmək və əlverişli maliyyə mühitini yaratmaq, o cümlədən kredit axınını dəstəkləmək” kimi məqsədlər qoyub.

Amerika tənzimləyicisi həmçinin koronavirus pandemiyasının ABŞ-da və dünyada insanlar və iqtisadiyyat üçün böyük çətinliklər yaratdığını qeyd edib. Belə ki, son aylarda iqtisadi aktivlik və məşğulluq əhəmiyyətli dərəcədə artıb. “Zəif tələb və neft qiymətlərinin xeyli aşağı düşməsi inflyasiyanın qarşısını alır. ABŞ-ın ev təsərrüfatlarına və müəssisələrinə kredit vermək siyasəti sayəsində ümumi maliyyə şərtləri yaxşılaşıb”, – FED əlavə edib.

Gələcəkdə iqtisadiyyat virusun yayılmasından asılı olacaq. FED bildirir ki, davam edən səhiyyə böhranı yaxın gələcəkdə iqtisadi fəaliyyətə, məşğulluğa və inflyasiyaya təzyiq göstərməyə davam edəcək və ortamüddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli risklər yaradacaq.

Qeyd edək ki, FED-in növbəti iclası 2020-ci il noyabrın 5-də keçiriləcək.

Amerika tənzimləyicisinin sentyabr iclası iqtisadi proqnozların yenilənməsi ilə müşayiət olunub. Xüsusilə, FED 2020-ci il üçün ÜDM-nin artım proqnozunu 6,5%-dən 3,7%-dək, 2021-ci il üçün 5%-dən 4%-dək, 2022-ci il üçün isə 3,5%-dən 3%-dək azaldıb.

İnflyasiya proqnozu 2020-ci il üçün 0,8%-dən 1,2%-dək, 2021-ci il üçün 1,6%-dən 1,7%-dək, 2022-ci il üçün isə 1,7%-dən 1,8%-dək artırılıb.

Məşğulluq dinamikasına gəldikdə, 2020-ci ildə ABŞ-da bu göstərici 9,3%-dən 7,6%-dək, 2021-ci ildə isə 6,5%-dən 5,5%-dək azaldılıb.

Son xəbərlər
Digər xəbərlər