17 C
Baku
Friday, April 19, 2024

“Ferrero” şirkətinin rəhbəri İtaliyanın ən zəngin insanı seçilib

ABŞ-ın “Forbes” jurnalı dünyanın ən zəngin insanlarının siyahısını açıqlayıb.

İtaliya KİV-lərinə istinadən, “Forbes”in hesablamasına görə, sərvəti 22,4 milyard dollar təşkil edən “Nutella” şokolad yağları istehsalçısı “Ferrero” şirkətinin rəhbəri Covanni Ferrero İtaliyanın ən varlı insanıdır. İtaliyalı biznesmen dünyanın ən zəngin insanlarının siyahısında 39-cu yeri tutub.

Ən varlı italyanlar arasında ikinci yeri 19,8 milyard dollarlıq sərvətə malik olan eynək istehsalçısı “Luxottica” şirkətinin rəhbəri Leonardo del Vekkio tutur. Onun ardınca “Walgreens Boots Alliance” dərman şirkətinin baş direktoru Stefano Pessina və Corcio Armani şirkətinin rəhbəri yer alırlar.

Dünya reytinqi sıralamasında 804-cü pillədə dizayner Miuçça Prada və onun həyat yoldaşı, “Prada Group” şirkətinin baş direktoru Patrisio Bertelli qərarlaşıb. “Ferrari” avtomobil şirkətinin vitse-prezidenti Pyero Ferrari isə (2,7 milyard dollar) 838-ci sıradadır.

AzərTac

Son xəbərlər
Digər xəbərlər