9 C
Baku
Thursday, December 12, 2024

Fevralda baş verən zəlzələlər Türkiyəyə $110 mlrd. zərər vurub

Türkiyəyə 2023-cü ilin fevralında baş verən zəlzələlər nəticəsində dəyən ümumi zərər 110 milyard ABŞ dolları təşkil edib.

Bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.

“Fevralın 6-da baş verən zəlzələlərdən ümumi zərərimiz 110 milyard dollar qiymətləndirilir. Ölkəmizin ərazisinin 66 faizi, vətəndaşlarının 71 faizi birinci və ikinci dərəcəli zəlzələ riski altındadır”, – o vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7.7 və 7.6 bal gücündə iki zəlzələ olub.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50.5 min nəfər ölüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər