10 C
Baku
Wednesday, December 11, 2024

Fevralda sığortaçıların icbari avtosığorta üzrə ödənişlərinin artması qazanclarına ciddi təsir edib

Azərbaycanda Mərkəzi Bankın avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS və ya icbariavtosığorta) üzrə 1 noyabrdan tətbiq etdiyi qaydadan sonra yığımlar ilə ödənişlər artasındakı fərq yenidən azalmaqdadır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fevral ayında yığımlarla ödənişlər arasındakı fərq 2.9 mln. manat olmaqla son 4 ayın ən pis nəticəsi əldə edilib.

Belə ki, icbari avtosığorta üzrə yığımıların həcmi aylıq müqayisədə 8% artaraq 12 milyon187 min manat olduğu halda, ödənişlərin həcmi 17% artaraq 9 milyon 286 min manata yüksəlib. Lakin bildirməliyik ki, sığorta haqları illik müqayisədə 76%, ödənişləri isə 35% yüksəlib.

Yanvar-fevral aylarında isə 23 milyon 458 min manatlıq avtosığrta yığımı, 17 milyon 206 min manatlıq sığorta ödənişləri olub.

Picture2

Azərbaycan Mərkəzi Bankının 1 noyabr 2022-ci il tarixdən “zərər görənin sığortaçısı” ödənişi qarşılaması qaydasının qüvvəyə minməsindən sonra bu qazanclılığın yüksəlməsidir.

Ötən ilin aprelində bu fərq mənfiyə yaxın bir zonaya yaxınlaşmışdı. Sığorta yığımı ilə sığorta ödənişləri arasında fərq 66 min manata düşmüşdü. Bu, o analitik olaraq hesabladıqda şirkət üçün artıq riskli biznes sayıla bilərdi. Burada 66 min manatlıq rəqəm onu deməyə əsas verə bilər ki, hansısa şirkətlər sırf bu biznesdə mənfi ilə də işləyib.

3487

2021-ci ilin sonundan 2022-ci ilin noyabrına qədər sığortaçılar qeyri-rəsmi qaydada mühərriki 2 000 kub-sm həcmindən az olduğu halda risk qrupuna daxil edirdilər. Baxmayaraq ki, tənzimləyici AMB xəbərdarlıqlar edirdi, demək olar ki, bu həcmdən aşağı avtomobillərin sürücüləri onlayn qaydada müqavilə almaqdan məhrum idilər. AMB-nin bu qaydaları tətbiqindən sonra ilk olaraq “Azsığorta” ASC və daha sonra “İpək Yolu Sığorta” ASC bu biznesdən uzaqlaşıblar. Bu sahə üzrə ekspertlərin rəyini nəzərə alsaq, əksərən hələ çox sığorta şirkəti üçün son qaydaların asan olmayacağını deyirlər.

AMB-nin digər qaydası isə AVİSMİS üzrə müqavilə imzalanarkən sığorta olunanlarda region, yaş, tarixçə, təcrübə və digər meyarlar nəzərə alınır. Həmin qayda da məhz 1 noyabrdan qüvvədədir.

Hazırda sığorta şirkətlərinin mühərrik kiçikdirsə “ofisə yaxınlaşın müqavilə” imzalayaq bəhanəsi də aradan qalxır. Belə ki, tənzimləyici hər sığortaçı qarşısında qayda müəyyən edib: saytında onlayn qaydada AVİSMİS üzrə müqavilə imzalamaq üçün alət olmalıdır.

Son xəbərlər
Digər xəbərlər