2 C
Baku
Saturday, December 14, 2024

Fevralın 26-da Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar, Xocalı prospekti, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

“Bunu nəzərə alaraq qeyd olunan küçə və prospektlərdən keçən 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək”, – deyə məlumatda bildirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər