2 C
Baku
Saturday, December 14, 2024

“Fiat Chrysler” və “Peugeot” səhmdarları bir şirkətdə birləşməyi təsdiqləyib

İtalyan-Amerikan şirkəti “Fiat Chrysler Automobiles NV” (FCA) və Fransanın “PSA Group” şirkətinin səhmdarları birləşməni təsdiqləyiblər.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“MarketWatch”un məlumatına görə, PSA səhmdarlarının 99,85 %-i birləşməni təsdiqləyib. Razılaşmanın mart ayının sonuna qədər bağlanacağı gözlənilir.

Birləşmə nəticəsində yaranacaq “Stellantis” şirkəti “Volkswagen”, “Renault-Nissan” və “Toyota Motor”dan sonra dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı olacaq. O, “Jeep”, “Fiat”, “Dodge”, “Maserati”, “Peugeot”, “Citroen” və “Opel” avtomobil brendlərinin istehsalı ilə məşğul olacaq.

Birləşdirilmiş şirkətə PSA-nın baş icraçı direktoru Karlos Tavares rəhbərlik edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər