19 C
Baku
Tuesday, May 28, 2024

Filial Müdiri – Masallı (Rabitabank)

İŞÇININ VƏZIFƏSI:

–  Filialın əsasnaməsinə uyğun fəaliyyət göstərməsini təmin etmək

– Müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək

–  Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək    və təsdiq olunmuş hədəflərin  yerinə yetirilməsini təmin etmək

– Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını daimi təhlil etmək və yüksək     keyfiyyətdə saxlanmasını təmin etmək

– Filialın Kredit və Əmanət portfelinin dinamikasına və inkişafına  nəzarət etmək

– Gözlənilə bilən risklərin və problemlərin qarşısının alınması üçün  lazımi tədbirləri       həyata keçirmək

– Daxili kredit komitələrinə rəhbərliyi həyata keçirmək

– Tabeçiliyində olan əməkdaşların işini planlaşdırmaq, koordinasiya və nəzarət etmək

– Əməkdaşların qiymətləndirilmə və inkişaf prosesində yaxından iştirak etmək

– Xidmət göstərdiyi ərazilərdə mütəmadi olaraq maliyyə bazarını araşdırmaq, satış       prosesinin təkmilləşdirilməsi üçün müvafiq təkliflər vermək

TƏLƏBLƏR:

– Təhsil: Ali (İqtisad, idarəetmə/biznes və ya hüquqi təhsili olanlara üstünlük verilir)

– İş təcrübəsi: Bank sistemində azı 3-5 il iş stajın olması (kreditləşmə sahəsində ən       azı 2  il, idarəetmə sahəsində ən azı 3 il)

– Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dilini bilənlərə üstünlük   verilir).

– Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktlarını bilməsi

– Liderlik keyfiyyətlərinə malik olması

– Yüksək təhliletmə bacarıqlarına malik olması

– Yüksək ünsiyyət, təqdimetmə və təşkilatçılıq bacarıqlarına malik olması

– MS Office proqramlarında peşakar işləyə bilmək bacarığına malik olması;

– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması

– Əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur

Əlaqə vasitələri:

E – mail :  career@rabitabank.com

Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərindən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər