10 C
Baku
Friday, December 13, 2024

Filial müdiri (Qax) – NBCO KredAqro

Filial müdiri (Qax)

KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Qax şəhərində yerləşən filialı üçün FİLİAL MÜDİRİ vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Filialın işçi heyətinin idarə olunması;
• Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
• Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
• Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
• Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Yaşayış yeri: Qax və ya Zaqatala ərazisi;
• Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, Qax) qeyd etməklə göndərmələri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər