19 C
Baku
Sunday, May 19, 2024

Filial müdirləri (regionlarda) – KredAqro

Tələblər:

– Ali təhsil olması;

– Bank və yaxud Bank Olmayan Kredit Təşkilatında ən azı 3-5 il iş stajı və idarəetmə tərcübəsi;

– Regionlarda işləmək imkanı;

– Filialın əməkdaşlarının vahid komanda şəkilində fəaliyyətini təşkil etmək və kollektivdə işləmək qabiliyyəti;

–  Məsuliyyətli, peşəkar, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;

–  MS Office proqramında işləmək bacarığı.

 

İşçinin vəzifəsi:

–   Filialın kredit satışını təmin etmək və kredit portfelinin keyfiyyətini idarə etmək;

–   Filialın personalını seçmək və idarə etmək;

–   Borcalanların ödənişlərinin vaxtlı vaxtında aparılmasına nəzarət etmək;

–   Problemli kreditlərlə işləmək;

–   Filialın maliyyə analizlərini aparmaq;

–   Yerli Kredit Komitəsində iştirak etmək;

–   İşçi heyətinin təlimatlandırılmasında iştirak etmək;

–   Borcalanların əmlakının qiymətləndirilməsini aparmaq;

–   Filialın işçi heyəti və Baş Ofis arasında keyfiyyətli əməkdaşlıq qurulmasını təmin etmək və məlumat axımını düzgün əlaqələndirmək;

–   Ərizəçiləri qəbul edib onlarla danışıqlar aparmaq, bizneslərini təhlil edərək potensial müştəriləri seçmək.

“KredAqro” öz işçilərinə maliyyə sektoruna uyğun gələn əmək haqqı+aylıq bonus və digər təminat paketi təklif edir.

CV-ləri mütləq şəkildə mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə, [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əks halda ərizələr nəzərdən qaça bilər.

“KredAqro” haqqında ətraflı məlumat www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər