25 C
Baku
Saturday, July 27, 2024

“Financial Times” 2023-cü il üçün proqnozlar verdi

“Financial Times” öz müəlliflərinin 2023-cü il üçün proqnozlarını açıqlayıb. Digər məsələlərlə yanaşı, onlar hesab edirlər ki, Ukraynada müharibə il boyu davam edəcək, Avropa aprel ayına qədər soyuq hava şəraiti ilə bağlı elektrik enerjisinin kəsilməsi ilə üzləşəcək, FED faiz dərəcələrini aşağı salmayacaq və Çin 5%-dən yuxarı iqtisadi artımı bərpa edəcək.

Banker.az bu barədə “The Bell” nəşrinə istinadən xəbər verir.

“FT”nin 2023-cü il üçün verdiyi proqnozların bəzilərini sizinlə bölüşürük:

–         Ukraynada müharibə il boyu davam edəcək. Nə Kiyev, nə də Moskva münaqişəni dondurmağa razı olmayacaq.

–         Aprel ayına qədər hava soyuq olarsa, Avropa elektrik enerjisinin kəsilməsi problemi ilə üzləşəcək. Yaz aylarında yeraltı qaz anbarlarını doldurmaq çətin olacaq.

–         Qlobal istiləşmənin artımı 2023-cü ilin sonuna qədər 1.5 dərəcəni keçməyəcək.

–         FED faiz dərəcələrini azaltmayacaq. 2023-cü ilin sonuna qədər faizlər 5% və ya daha yüksək olacaq.

–         Rişi Sunak Böyük Britaniyanın Baş naziri vəzifəsində qalacaq. Onun üçün bu, Boris Conson və Liz Trass ilə müqayisədə daha asan olacaq, lakin təzyiqlər də gözlənilir.

–         Avropa Mərkəzi Bankı (ECB) İtaliya və ya digər Aİ ölkələrinin istiqraz bazarlarını dəstəkləməyəcək. Uçot faiz dərəcəsi daha da artırılacaq.

–         Co Bayden yenidən prezidentliyə namizəd olacaq. “FT” onu “Ağ Evdə qalmaq üçün” ən yaxşı demokrat namizəd adlandırır.

–         Donald Tramp çox güman ki, tərəfdarlarının 2020-ci ilin yanvarında Kapitoliyə hücum cəhdinə və ya məxfi sənədləri şəxsi iqamətgahında saxlamağa görə yeni ittihamlarla üzləşəcək.

–         Çin 5%-dən yuxarı iqtisadi artımı bərpa edə biləcək.

–         Pekin Tayvana hücum etməyəcək və adanı blokadaya almayacaq.

–         Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin iyununda keçiriləcək seçkilərdən sonra Türkiyə prezidenti postunu saxlayacaq.

–         Afrika ölkələrində defoltlar olacaq. Qəzet belə ölkələr sırasında Çad, Efiopiya və Zambiyanın adını çəkir.

–         Daha bir nəhəng kriptovalyuta biznesi uğursuzluğa düçar olacaq. “FTX”dən sonra bir sıra iri kriptovalyuta şirkətləri 2023-cü ildə müflis ola bilər, çünki vençur kapitalı firmaları və pərakəndə treyderlər müştəriləri oğurlamağa davam edəcək.

–         İranda etirazlar bitməyəcək. Belə ki, Qərbin sanksiyaları nəticəsində yaranan iqtisadi problemlər səbəbindən aylarla davam edəcək nümayişlər yenə olacaq.

Qəzet qeyd edir ki, 2022-ci ilin sonunda müəlliflərin yalnız beş proqnozu özünü doğrultmayıb – Ukraynada müharibə başlayıb, “Tesla” səhmləri ucuzlaşıb, demokratlar ABŞ Senatında üstünlüyünü qoruyub saxlayıb və COVID-19-un daha yoluxucu versiyası ortaya çıxmayıb.

Son xəbərlər
Digər xəbərlər