9 C
Baku
Tuesday, December 3, 2024

“Financial Times”: Çin iqtisadiyyatını canlandırmaq üçün 1.4 trln. dollara ehtiyac var

Amerika investisiya bankı “Morgan Stanley”in iqtisadçılarının “Financial Times”a istinadla verdiyi hesablamalara görə, Çin deflyasiya, yavaşlayan iqtisadiyyatla mübarizə və davamlı ÜDM artımına qayıtmaq üçün qarşıdakı iki ildə təxminən 1.4 trilyon dollar xərcləməlidir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Bu, Çin hakimiyyətinin 2008-ci il qlobal maliyyə böhranından sonra iqtisadiyyatı stimullaşdırmaq üçün xərclədiyi məbləğdən təxminən 2.5 dəfə çoxdur. Vəsaitlərin bir hissəsi, iqtisadçıların fikrincə, investisiyalar, o cümlədən biznes və infrastruktur tikintisi üçün kreditlərə deyil, birbaşa ev təsərrüfatlarının istehlakının stimullaşdırılmasına xərclənməlidir.

Bank analitikləri hesab edirlər ki, tədbirlər mümkün qədər tez görülməlidir. “Deflyasiya nə qədər uzun davam edərsə, onunla mübarizə aparmaq üçün bir o qədər çox vəsait tələb olunacaq”, – “Morgan Stanley”in Çin üzrə baş iqtisadçısı Robin Xin bildirib. Onun fikrincə, vəsaitin əhəmiyyətli hissəsi miqrant işçilərin sosial müdafiəsi və səhiyyəsinin yaxşılaşdırılması tədbirlərinə xərclənməlidir. Bundan əlavə, daşınmaz əmlakın qiymətlərini sabitləşdirmək və bu bazarı uzunmüddətli böhrandan çıxarmaq üçün artıq tikilmiş, lakin sahibsiz mənzillərin satışını sürətləndirmək üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var.

Son xəbərlər
Digər xəbərlər