Financial Times: Hörmüz boğazında gəmiçiliyin tam bərpası həftələr çəkə bilər

ABŞ və İran arasında saziş imzalansa belə, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin tam bərpası bir neçə həftədən bir aya qədər vaxt apara bilər. Bu barədə “Financial Times” nəşrinə dünyanın ən böyük tanker donanması operatorlarından biri olan “Mitsui O.S.K. Lines” şirkətinin rəhbəri Jutaro Tamura bildirib.

Onun sözlərinə görə, gəmiçilik şirkətləri adi fəaliyyət rejiminə qayıtmağa tələsmir və əldə olunan razılaşmaların boğazdan təhlükəsiz keçidi həqiqətən təmin etdiyinə dair təsdiq gözləyirlər.

“Bunun üçün ən azı bir neçə həftə, hətta bir ay lazım olacağını düşünmək məntiqlidir”, – deyə Tamura qeyd edib.

“Financial Times” yazır ki, hazırda boğaz ətrafında təhlükəsiz keçid gözləyən yüzlərlə gəmi qalmaqdadır.

Bundan əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında razılıq əldə olunduğunu təsdiqləyiblər. Sazişin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.

İran xarici işlər nazirinin müavini Kazem Garibabadi bildirib ki, 60 günlük atəşkəs dövründə tərəflər Tehranın nüvə proqramını da müzakirə edəcəklər. Həmçinin iyunun 15-dən etibarən ABŞ tərəfindən İrana tətbiq olunan dəniz blokadasının dayandırılması və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırılması nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər