2 C
Baku
Saturday, December 14, 2024

“Financial Times”: S. Ərəbistanı neft hasilatını artırmaq üçün şərtini açıqlayıb

Səudiyyə Ərəbistanı Qərb müttəfiqlərinə neft hasilatını artırmağa hazır olduğunu bildirib, Banker.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Ərəb ölkəsinin vurğuladığı kimi, bu, sanksiyaların genişlənməsi fonunda Rusiyada neft hasilatının kəskin düşdüyü halda mümkün olacaq.

Bu xəbər neftin qiymətini bir barel üçün 113 dollara endirib. Qeyd edək ki, iyunun 2-si OPEC+ üzvlərinin aylıq görüşü gözlənilir.

“Səudiyyə Ərəbistanı risklərdən xəbərdardır və neft qiymətlərinə nəzarəti itirmək onun marağında deyil. Ərəblərin fikrincə, neft bazarında vəziyyət gərgindir, bu da qiymətlərin qalxmasına səbəb olur”, – deyə nəşr yazır.

Mənbələrin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı və BƏƏ hasilatın dərhal artırılması ilə bağlı müzakirələr aparıb. Onların nəticəsi bu gün, iyunun 2-si keçiriləcək OPEC+ toplantısında açıqlanacaq.

Qeyd edək ki, ABŞ rəhbərliyi dəfələrlə karteli benzin qiymətlərinin artmasının qarşısını almaq və inflyasiyanın öhdəsindən gəlmək üçün neft hasilatını daha sürətli artırmağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər