ABŞ lideri Donald Trampın oğulları Erik Tramp və Donald Tramp kiçik Qazaxıstanda volfram hasilatı ilə məşğul olan şirkətdə pay əldə ediblər. Bu barədə mənbələrə istinadən “Financial Times” (FT) məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin avqustunda qardaşlar “Skyline Builders” tikinti qrupunda pay alıblar. Daha sonra bu şirkət dağ-mədən sənayesində ixtisaslaşan Kaz Resources-da 20%-lik pay əldə edib.
“Cove Kaz Capital” və “Kaz Resources” şirkətləri aprelin 30-da “Skyline” ilə birləşmək barədə razılığa gəliblər. Yeni şirkətin “Kaz Resources” adı ilə “Nasdaq” birjasında ticarətə çıxarılması planlaşdırılır. Nəşrin qeyd etdiyi kimi, birləşmə ilə bağlı yayımlanan press-relizdə qardaşların adı çəkilmir.
Donald Trampın nümayəndəsi bildirib ki, o yalnız passiv investor kimi çıxış edir və şirkətin operativ fəaliyyətində iştirak etmir.







