6 C
Baku
Sunday, December 15, 2024

“FINCA Azərbaycan”ın maliyyə vəziyyəti bəlli olub

BOKT “FINCA Azerbaijan” MMC 2023-cü ilin ilk 6 ayını 841 min manat mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə BOKT-un mənfəəti 408 min manat olub ki, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.

Banker.az bu barədə BOKT-un yarımillik hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “FINCA Azerbaijan” MMC-nin cəmi gəlirləri 8 milyon 274 min manat, cəmi xərcləri 7 milyon 270 min manat təşkil edib. Ötən ilin 6 ayında isə gəlirləri 5 milyon 268 min manat, cəmi xərcləri isə 4 milyon 825 min manat olub.

Hesabat dövründə  “FINCA Azerbaijan”nın cəmi aktivləri 58 milyon 740 min manat, cəmi öhdəlikləri 41 milyon 147 min manat, cəmi kapitalı isə 17 milyon 593 min manat təşkil edib.

“Finca Azərbaycan”nın nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatdan keçmiş “Finca Microfinance Cooperatief U.A” şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər