10 C
Baku
Wednesday, December 11, 2024

“Finca Azerbaijan” BOKT-a inzibati protokol tərtib edildi – 25 min manatadək cərimələnə bilər

“Finca Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatına cərimə protokolu yazılıb.

Banker.az-ın məlumatına görə, BOKT barədə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Anar İbadzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Məcəllənin 598.1.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər