10 C
Baku
Thursday, December 12, 2024

Finlandiya, İsveç və Türkiyə arasında danışıqların tarixi açıqlanıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya, İsveç və ölkəsi arasında NATO-ya üzvlüklə bağlı danışıqların tarixini açıqlayıb.

Bu dövlətlərin nümayəndələri martın 9-da NATO-nun mənzil-qərargahında görüşəcəklər.

“İki iclas keçirildi, üçüncü görüşü Quran yandırma aksiyasından sonra təxirə saldıq. Üçüncü görüşün Brüsseldə keçirilməsi yaxşı olardı. Görüş martın 9-da keçiriləcək, qoy İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini açıq şəkildə görsünlər”, – deyə Çavuşoğlu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bəyan edib.

Son xəbərlər
Digər xəbərlər