6 C
Baku
Sunday, December 15, 2024

Finlandiya maliyyə cəhətdən dünyanın ən savadlı ölkəsi olmağa qərar verib

Finlandiya maliyyə cəhətdən dünyanın ən savadlı ölkəsi olmağı hədəfləyir və bu məqsədə çatmaq üçün xüsusi strategiya hazırlayır.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Finlandiya Bankının verdiyi məlumata görə, hökumət hədəflərinə 2030-cu ilə qədər çatmağı planlaşdırır.

Proqramın məqsədi mümkün qədər çox insanın maliyyə savadlılığının vacibliyini başa düşməsini və düzgün qərarlar qəbul etməsini təmin etməkdir. İnsanlar maliyyə vəziyyətlərini adekvat qiymətləndirməlidirlər və ona uyğun hərəkət etməlidirlər. Bunun üçün səlahiyyətlilər başadüşülən təlimatlar və məlumat xidmətlərini yaratmaq istəyirlər. Finlandiya Mərkəzi Banlı ümumi maliyyə savadlılığının artırılmasının yalnız hər bir finin deyil, ölkənin bütün iqtisadiyyatının rifahına təsir edəcəyini gözləyir.

Proqram pulların idarə edilməsi və investisiya daxil olmaqla maliyyə savadlılığının əsasən “müsbət” tərəflərinə yönəlir. Hökumət bu proqramın icrasına bankların, pensiya və sığorta şirkətlərinin mütəxəssislərini, o cümlədən populyar bloggerləri cəlb etmək istəyir.

İnkişafetdiricilərin sözlərinə görə, finlərin əksəriyyəti mürəkkəb maliyyə dünyasından xəbərsizdirlər. Bundan əlavə, ucuz kreditlərin mövcudluğu aşırı borc yığma riskinə səbəb olur.

“Hər bir insanın işini itirdiyi təqdirdə, borclarını ödəməyə kömək edəcək əmanəti olmalıdır”, – Finlandiya Bankının baş məsləhətçisi Anu Rajash qeyd edir.

Son xəbərlər
Digər xəbərlər