12 C
Baku
Wednesday, December 11, 2024

Finlandiya NATO-ya bu tarixdə üzv olacaq – Nazir açıqladı

Finlandiyanın müdafiə naziri Antti Kaykkönen ölkəsinin gələn ilin yayına kimi NATO-ya üzv olacağını düşünür.

Bu barədə “Kommersant” nəşri yazıb.

Kaykkönenin fikrincə, Finlandiyanın NATO-ya üzv olması alyansın 2023-cü il iyulun 11-12-də keçiriləcək Vilnüs sammitindən əvvəl baş verə bilər.

Nazir Finlandiyanın NATO-ya üzvlük meyarlarına cavab verdiyini, Finlandiya, İsveç və Türkiyənin Madrid sammitində imzaladığı anlaşma memorandumuna sadiq olduğunu vurğulayıb.

“Düşünürəm ki, Vilnüs sammiti zamanı Finlandiyanın NATO-ya üzv olacağına inanmaq üçün kifayət qədər əsaslar var”, – o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər