9 C
Baku
Friday, December 13, 2024

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkə bilər

Finlandiya parlamenti Rusiya ilə sərhəddə hasar çəkməyə icazə verən qanun layihəsini təsdiqləyib.

Təklif səs çoxluğu ilə qəbul olunub.

Bu, Rusiyanın ölkənin gələcək NATO üzvlüyünə cavab olaraq hərəkətə keçə biləcəyi narahatlığı ilə bağlıdır.

Qeyd edək ki, Finlandiyanın Rusiya ilə sərhədi meşəlik ərazidən keçir.

Xatırladaq ki, mayın ortalarında Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. İyunun sonunda NATO-nun Madriddə keçirilən sammitində Finlandiya və İsveç rəsmi olaraq Alyansa dəvət olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər