-1 C
Baku
Sunday, December 15, 2024

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkmək üçün $143 mln. xərcləyəcək

Finlandiya hökuməti Rusiya ilə sərhəddə hasar çəkmək üçün  143.4 milyon dollar xərcləyəcək. Ölkənin sərhəd xidməti sərhədin ümumi uzunluğunun 10-20%-ni əhatə edən 130-260 km hasar tikmək niyyətindədir, Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Finlandiya Sərhəd Mühafizəsi Xidmətinin məlumatına görə, hasarlar ilk növbədə sərhəd-keçid məntəqələrinin yaxınlığında və ölkənin cənub-şərqindəki sərhəd zonalarında tikiləcək. İyun ayında Finlandiya “sığınacaq axtaranların potensial kütləvi axını kimi təhlükələrə hazırlığı artırmaq üçün” sərhəd boyunca hasar çəkəcəyini açıqlayıb.

Qeyd edək ki, Finlandiyanın Rusiya ilə tarixi müharibə təcrübəsi olsa da, iki ölkə arasındakı sərhəd yalnız dirəklər və plastik yol nişanları ilə ayrılır. Hökumətin sərhəd hasarının tikintisinə maliyyə ayrılması təklifindən əvvəl parlament pilot  layihəyə 5.8 milyon dollar ayırmağı planlayıb.

Hasarın tikintisi layihəsini parlamentdəki bütün partiyalar dəstəkləyib. Hasarın pilot hissəsi qarşıdan gələn qış və yaz aylarında tikilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər