6 C
Baku
Monday, December 16, 2024

Finlandiya Rusiya vətəndaşlarına girişi tamamilə qadağan edə bilər

Finlandiya Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan etmək üçün milli tədbirlər tətbiq etmək qərarına gəlib.

Finlandiyanın “İltalehti” qəzeti xəbər verir ki, bunu xarici işlər naziri Pekka Haavisto ABŞ-ın Nyu-York şəhərində keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün biz turist axınını necə məhdudlaşdıra və ya tamamilə qarşısını ala biləcəyimizə dair milli qərar hazırlamağa başlamaq qərarına gəldik, bu qərar çox tez həyata keçiriləcək yeni qanunvericilik və ya mövcud qaydaların şərhini ehtiva edə bilər”, – nazir deyib.

Onun sözlərinə görə, tam qadağanın tətbiqi üzrə işlərə başlanılıb və Finlandiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə müxtəlif nazirliklərin ekspertləri bu məsələni öyrənirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər