21 C
Baku
Monday, May 20, 2024

Finlandiya Rusiyadan gələn turistlərin ölkəyə girişinə tam qadağa qoymayacaq

Finlandiya turist vizası olan rusların ölkəyə girişinə tam qadağa qoymayacaq.

Bunu Finlandiyanın Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəhbəri Yussi Tanner bildirib.

“Finlandiyada Baltikyanı ölkələr və Polşada olduğu kimi total qadağa olmayacaq. Viza təcrübələrində də sürətli dəyişiklik olmayacaq. Finlandiya artıq bir neçə həftə əvvəl viza siyasətini sərtləşdirib və bu, Avropa İttifaqının viza ilə bağlı qüvvəyə minən qanununa uyğundur”-deyə, o bildirib.

Y. Tanner bildirib ki, vizanın sadələşdirilməsindən imtina viza rüsumunun iki dəfədən çox, yəni 35 avrodan 80 avroya qədər artması deməkdir. Sənədlərə baxılma müddəti də 10 gündən ən azı 15 günə qədər artacaq.

“Milli səviyyədə biz turist vizası müraciətlərinin sayını kifayət qədər məhdudlaşdırmışıq. Onlar təqdim oluna bilər, lakin müraciətlər fərdi qaydada nəzərdən keçiriləcək və qanunla dəqiq müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər