7 C
Baku
Thursday, December 12, 2024

Finlandiya Rusiyanın 187 mln. avroluq aktivlərini dondurub

Finlandiya Rusiyanın 187 milyon avro dəyərində aktivlərini dondurub, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Avropa İttifaqının sanksiyalarına məruz qalan Finlandiyanın ən məşhur vətəndaşı Gennadi Timçenko olub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Bunlar daşınmaz əmlak, səhmlər, avtomobillər, yaxtalar və təyyarələrdir. Bir sözlə, müxtəlif qiymətli əmlakdır”, – Finlandiya Xarici İşlər Nazirliyinin sanksiyalar şöbəsinin rəhbəri Pia Saarivaara izah edib.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayında 189 milyon avro məbləğində Rusiya aktivlərinin dondurulması barədə məlumat yayılıb. Yazın əvvəlində həbs olunan əmlakın həcmi təxminən 80 milyon avro təşkil edib.

Son xəbərlər
Digər xəbərlər