4 C
Baku
Friday, March 29, 2024

Finlandiya Rusiyaya dəmir yolu daşımalarını dayandırır

Finlandiyanın VR Group (Ve-er group) dövlət şirkəti ilin sonuna qədər Rusiya istiqamətində malların daşınmasını tamamilə dayandıracaq.

Bu barədə bazar ertəsi şirkətin baş direktoru Elisa Markula məlumat verib.

Kauppalehti onun sözlərini sitat gətirib: “Şərqə yük daşımaları ən geci bu ilin sonuna qədər tamamilə dayanacaq”.

Sentyabrın sonuna qədər şirkət Rusiyaya yük daşımalarının 65%-ni kəsib. Yazda Finlandiya Rusiya Federasiyasında dəmir yolu ilə yük daşımalarını tamamilə dayandırmaq niyyətində olduğunu bəyan edib. Martın 28-də VR Group Helsinki və Sankt-Peterburq şəhərlərini birləşdirən Allegro sərnişin qatarlarının hərəkətini qeyri-müəyyən müddətə dayandırıb.

Son xəbərlər
Digər xəbərlər