Finlandiya NATO XİN rəhbərlərinin sabah keçiriləcək görüşü zamanı rəsmi olaraq Alyansa üzv olacaq.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinq zamanı deyib.
Stoltenberq qeyd edib ki, sabah NATO ölkələrinin XİN rəhbərlərinin alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək görüşündə Finlandiya 31-ci üzv ölkə olaraq NATO-ya qatılacaq və bayrağı NATO qərargahının önündə qaldırılacaq.