-1 C
Baku
Sunday, December 15, 2024

“Finlandiya və İsveçi NATO-ya tam hüquqlu üzv qəbul etməyin zamanı çatıb”

Finlandiya və İsveçi NATO-ya tam hüquqlu üzv kimi qəbul etməyin zamanı çatıb.

Bunu NATO Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68-ci sessiyasında çıxışı zamanı deyib.

“Biz Madrid Sammitində Finlandiya və İsveçi NATO-ya üzv kimi dəvət edərək böyük iş gördük. Alyansın 30 üzvündən 28-i artıq üzvlük protokolunu təsdiqləyib. Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandum imzalandı və bu memoranduma uyğun olaraq, bu ölkələr öz öhdəliklərini yerinə yetirib”, – NATO Baş katibi vurğulayıb.

O qeyd edib ki, iki ölkənin üzvlüyü Alyansın güclənməsinə və Avropanın təhlükəsizliyinə töhfə verəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər