5 C
Baku
Saturday, December 14, 2024

Finlandiyanın Baş naziri Rusiya ilə sərhəddə hasar çəkilməsi planını dəstəkləyib

Finlandiyanın Baş naziri Sanna Marin Sərhəd Xidmətinin Rusiya ilə sərhədin bəzi hissələrində hasarlar çəkmək planlarını dəstəkləyib.

“Hesab edirəm ki, bu məsələdə, məsələn, parlament partiyaları arasında konsensusuna ehtiyac var. Bununla belə, qərar qəbul etmək üçün ilkin şərtlər var. Bu tez proses deyil və hasarların tikintisi bir neçə il çəkəcək” – deyə, o bildirib.

Baş nazirin sözlərinə görə, hasarın tikintisi Finlandiya ilə Rusiya arasında münasibətlərdə gərginliyi artırmayacaq:

“Avropa müharibə vəziyyətindədir. Bundan da gərgin vəziyyəti təsəvvür etmək çətindir”.

Finlandiyanın Sərhəd Xidməti bildirib ki, söhbət iki-üç il ərzində Rusiya ilə sərhədin cənub-şərq hissəsində hasarın çəkilməsindən gedir. Xidmət 1 300 km uzunluğunda sərhədin təxminən 10-20%-ni mühafizə etməyi planlaşdırır. Beləliklə, hasarın uzunluğu 130 km-dən 260 km-ə qədər olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər