1 C
Baku
Saturday, December 14, 2024

«FINOKO» BOKT koronavurisla mübarizə fonduna 30 000 manat pul köçürdü

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarların və maliyyə qurumlarının dəstəyi davam edir.

«FINOKO»  BOKT ASC koronovirusla mübarizə məqsədilə Fonda 30 000 manat vəsait köçürüb.

Bununla yanaşı, Şirkət daxilində proseslərin təşkili Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı tövsiyyələri əsasında aparılmışdırki, bu addımlar virusun müştərilər və əməkdaşlar arasında yayılmasının qarşısını almaqda köməklik göstərir.

Xatırladaq ki, 2014-cü ilin dekabrından fəaliyyətə başlamış «FINOKO» BOKT müştərilərə 4 filial və baş ofis vasitəsi ilə xidmət göstərir. Bunlar «Ekspress Yasamal», «Ekspress Tovuz», «Ekspress Qazax» və «Ekspress Göyçay» filiallarıdır.

Son xəbərlər
Digər xəbərlər