9 C
Baku
Thursday, December 12, 2024

“Finoko” BOKT manat və dollarda istiqraz buraxacaq

Oktyabrın 28-də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

Banker.az-ın xəbərinə görə, yığıncaq BOKT-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 609 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Finoko”nun Azərbaycan manatı və ABŞ dollarında istiqazlarının, eləcə də yeni səhmlərinin emissiya edilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Finoko” BOKT-un səhmdarları hər biri 50%-lik payla Elçin Əliyev  və Elmar Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər