-1 C
Baku
Sunday, December 15, 2024

“FINOKO” BOKT nizamnamə kapitalını artırıb

Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan “Finoko” BOKT nizamnamə kapitalını kəskin artırıb. FED.az xəbər verir ki, artıq bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ünvanlanan müraciətə müsbət cavab verilib. Banker.az bildirir ki, bu barədə BOKT-un açıqlamasında deyilir.

Yeni qərarla nizamnamə kapitalı 1 milyon 255 min manat artırılaraq indiki 1 milyon manatdan 2 milyon 255 min manata qaldırılıb.

Nizamnamə kapitalıın artımı BOKT-un öz təsisçiləri tərəfindən paylara uyğun olaraq həyata keçirilib və bu artım nəticəsində pay bölgüsündə dəyişiklik olmayıb.

Xatırladaq ki, MBNP-ın tələblərinə görə, bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalına qoyulan tələb 300 min manat təşkil edir. Başqa sözlə, artımdan sonra “Finoko” BOKT-un nizamnamə kapitalının həcmi tələb olunandan təqribən 8 dəfə artıq olacaq.

Son xəbərlər
Digər xəbərlər