6 C
Baku
Monday, December 16, 2024

“Finoko” BOKT xarici şirkətdən dollarda aldığı borclarla bağlı vəziyyəti bəlli olub

“Finoko” BOKT Açıq Səhmdar Cəmiyyəti ilk devalvasiyadan öncə götürdüyü dollar krediti üzrə ödənişləri həyata keçirməkdə hələdə davam edir.

Banker.az xəbər verir ki, BOKT 2014-cü ilin 18 dekabrında 15% illik ödəniş dərəcəsi ilə ABŞ dollarında Dubayda fəaliyyət göstərən “Dunwich FZE” adlı şirkətdən 300 min dollar (həmin dövrdə 235.32 min manat) kredit cəlb edib. Müqavilədən 2 ay sonra ölkədə devalvasiya baş verir: 1 dollar 0.78-dən 1.01 manata qalxır.

Dolların Azərbaycanda qalxması bu BOKT səhmdarlarını heç də çəkindirməyib və yenidən, ikinci devalvasiyadan öncə, yəni, 4 noyabr 2015-ci ildə ikinci dəfə 15% ilə “Dunwich FZE”dən kredit cəlb ediblər. Bu dəfə isə 650 min dollar və ya 1 milyon 105.06 min manat ekvivalentində təşkil edib.

BOKT-un xarici təşkilat qarşısında kredit borcu öhdəliklərinin ümumi həcmi isə 4 il öncə 950 min dollar idi əslində.

Təşkilat dollarda olan kreditləri üzrə ödənişləri vaxtında aparmağa çalışır.

Kreditlərin uzadılmasını nəzərə alaraq, onların bitmə müddəti 2020-ci ilin dekabr ayına təsadüf edir. Onların bağlanması bu il gözlənilir.

Xarici təşkilata dollarda olan borcunu bağlamasa belə BOKT təkcə 2019-cu il ərzində 3 mln. manat üzərində faizlər üzrə xərclər ödəyib. Bu borcların qarşılığında ölkədə iqtisadi vəziyyətin münbit olduğu 2019-cu ildə 4.79 mln. manatlıq faiz gəliri əldə edib. Bu ildə isə BOKT-un hansı gəlirlərinin hansı istiqamətdə hərəkət edəcəyi maraq doğurur.

Bu borclara rəğmən ötən ilin son ayında da “Finoko” hər birinin dəyəri 1000 dollar olan min ədədlik yerli birjada istiqrazlar emissiya edib.

Hazırda borclar belədir:
22

Son xəbərlər
Digər xəbərlər